Image default
Dünya

Rusiyanın Novorossiysk şəhərində benzin qıtlığı yarandı

Bugun.tv xəbər verir ki, Rusiyanın Novorossiysk şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyi və yanacaq satışının dayandırıldığı bildirilib.

Novorossiysk Şəhər Administrasiyasının yaydığı məlumata görə, şəhərdəki yanacaqdoldurma məntəqələrində benzin ehtiyatı qalmayıb. Dizel yanacağı isə yalnız 8 məntəqədə məhdud miqdarda mövcuddur.

Açıqlamada qeyd olunub ki, hazırda nəqliyyat vasitələrinə yalnız yanacaq kartı vasitəsilə yanacaq verilir. Bu imkandan isə yalnız şirkətlərə məxsus avtomobillər istifadə edə bilir.

Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına həyata keçirdiyi hücumlar nəticəsində ölkədə bir sıra müəssisələr texniki baxım üçün fəaliyyətini dayandırıb. Bu səbəbdən Rusiya hökuməti yanacaq bazarında sabitliyi qorumaq məqsədilə vaxtaşırı yanacaq satışı və ixracına məhdudiyyətlər tətbiq edir.

Bundan başqa, Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran danışıqları neft bazarında qiymətləri aşağı səviyyədə saxlayır

Aynur Camal

NATO sammiti öncəsi diqqətlər Ankaraya yönəldi

Aynur Camal

Rusiyanın gecə hücumları Ukraynada yeni itkilərə səbəb oldu, Kiyevdə matəm elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu