Səhiyyə

Səhiyyə Nazirliyi ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirib

 Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, “Dəniz Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən “İlkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.

 Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsulları nümayiş etdirilib.

Eyni zamanda, bədbəxt hadisələr zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üzərində nümayiş olunub. Kampaniya çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda oksigen miqdarı (saturasiya) ölçülüb.

Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.

Daha sonra 1 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk yardımı öyrən, həyat xilas et!” adlı fləşmob keçirilib.

Qeyd edək ki, maarifləndirici tədbir sabah da “Dəniz Mall” Ticarət Mərkəzində keçiriləcək. Həmçinin gələcəkdə paytaxtın digər məkanlarında da onun təşkil olunması nəzərdə tutulub.

Aynur Camal

Oxşar xəbərlər

Həkim xəbərdarlıq etdi: Çox yatmaq da az yatmaq qədər zərərli ola bilər

Aynur Camal

İnsan beyninin yanında yeni immun müdafiə mərkəzi aşkarlandı: onun vəzifəsi nədir?

Aynur Camal

Kalsiumu kəsmik yemədən də almaq mümkündür: 7 faydalı qida

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu