Bugun.tv xəbər verir ki, dünyanın bir çox ölkəsində səhər yeməklərinin ayrılmaz hissəsinə çevrilən qarğıdalı lopalarının yaranma tarixi düşündüyümüzdən daha fərqli olub.
Məlumata görə, bu məhsul ilk vaxtlar rahat səhər yeməyi kimi deyil, hərbi ehtiyacları qarşılamaq məqsədilə hazırlanıb.
Araşdırmalara əsasən, Birinci Dünya Müharibəsi dövründə orduların qarşılaşdığı əsas problemlərdən biri milyonlarla əsgərin cəbhədə qidalanmasının təmin edilməsi idi. Hərbçilər üçün həm uzun müddət saxlanıla bilən, həm daşınması asan, həm də yüksək enerji verən qida məhsullarına ehtiyac yaranmışdı.
Məhz bu məqsədlə aparılan araşdırmalar nəticəsində qarğıdalı dənələrinin qurudulub emal edilməsi ilə uzunmüddətli saxlama imkanına malik qarğıdalı lopaları hazırlanıb. Karbohidrat və vitaminlərlə zəngin olan bu məhsul əsgərlərin enerji ehtiyacının ödənilməsində istifadə olunurdu.
Müharibə başa çatdıqdan sonra cəbhədə bu qidaya öyrəşən əsgərlər onu gündəlik həyatlarında da istehlak etməyə davam ediblər. Sonradan istehsalçılar məhsulu mülki bazara uyğunlaşdıraraq tərkibinə şəkər, bal və qurudulmuş meyvələr əlavə ediblər. Bunun nəticəsində də qarğıdalı lopaları qısa müddətdə populyar səhər yeməyinə çevrilib.
Artıq bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla insan səhər yeməyində qarğıdalı lopalarından istifadə edir. Beləliklə, vaxtilə hərbi məqsədlərlə hazırlanan qida məhsulu zamanla qlobal qidalanma mədəniyyətinin bir hissəsinə çevrilib.
Mənbə: Ensonhaber
