DünyaSəhiyyə

Şəkərə sağlam alternativ kəşf edilib

ABŞ-ın Tufts Universitetinin alimləri süfrə şəkərinə demək olar ki, eyni dada malik, lakin sağlamlığa təsiri xeyli az olan nadir bir şəkərin – taqatozanın (tagatose) istehsalı üçün yeni üsul hazırlayıb. Aşağı kalorili olan bu maddə qan şəkərinə minimal təsir göstərir və gələcəkdə şəkərə alternativ kimi geniş istifadə oluna bilər.

Taqatoza təbii olaraq süd məhsullarında və bəzi meyvələrdə rast gəlinir, lakin çox az miqdarda olduğu üçün indiyədək istehsalı bahalı və səmərəsiz sayılırdı. Alimlər bu problemi aradan qaldırmaq üçün bakteriyalardan istifadə edən biosintetik metod tətbiq ediblər.

“Cell Reports Physical Science” jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, genetik olaraq dəyişdirilən E. coli bakteriyaları xüsusi ferment vasitəsilə geniş yayılmış qlükozanı yüksək – təxminən 95 faiz – səmərəliliklə taqatozaya çevirə bilir. Bu da istehsal xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Taqatoza süfrə şəkərinin şirinliyinin təxminən 92 faizinə malikdir, bişirmə zamanı karamelizə olur və məhsulların strukturunu qoruyur. Eyni zamanda adi şəkərlə müqayisədə təxminən 60 faiz daha az kalori ehtiva edir.

Maddə bağırsaqlarda qismən sorulduğu üçün qan şəkəri və insulin səviyyəsini kəskin artırmır, diş çürüməsinə səbəb olan bakteriyaların inkişafını zəiflədir və bağırsaq sağlamlığına müsbət təsir göstərə bilər.

Tədqiqatçılar bildirir ki, bu texnologiya gələcəkdə digər nadir şəkərlərin istehsalında da istifadə oluna bilər. ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təhlükəsiz hesab edilən taqatozanın yeni üsulla istehsalı qida sənayesində daha geniş və əlçatan alternativə çevrilə bilər.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu