Baş xəbərMaraqlı faktlar

Səudiyyə Ərəbistanı “dəvə pasportu” layihəsini istifadəyə verdi

Səudiyyə Ərəbistanı, dəvə pasportu, heyvandarlıq sektoru, dəvə qeydiyyatı, dəvə çiplənməsi, soy-kök sənədləşdirilməsi, kənd təsərrüfatı xəbərləri, ərəb ölkələri layihələri

Səudiyyə Ərəbistanı yerli və beynəlxalq bazarda etibarlılığı artırmaq məqsədilə “dəvə pasportu” layihəsini həyata keçirdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, layihənin təqdimatı nazir müavini Mansur bin Hilal əl-Müşeyti tərəfindən edilib.

Nazirliyin məlumatına əsasən, layihə çərçivəsində dəvə sektorunun daha yaxşı tənzimlənməsi, sənədləşdirilməsi və xidmətlərin səmərəliliyinin artırılması nəzərdə tutulur.

Açıqlamada qeyd olunub ki, layihənin əsas məqsədi dəvələrin məlumatlarının, sahibliyinin və soy-kökünün rəsmi şəkildə qeydiyyata alınmasıdır. Eyni zamanda sağlamlıq və rəsmi tələblərlə bağlı bütün məlumatların vahid sistemdə toplanması hədəflənir.

Nazirlik dəvələr üçün veriləcək sənədin “təsdiqlənmiş rəsmi istinad mənbəyi” olacağını və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb.

Pasportda dəvənin çip nömrəsi, pasport nömrəsi, adı, doğum tarixi, soy məlumatları, cinsiyyəti, rəngi, doğum yeri, sənədin verildiyi tarix və yer, həmçinin heyvanın sağ və sol tərəfdən çəkilmiş fotoşəkilləri yer alacaq.

Rəsmi statistikanın açıqlamasına görə, Səudiyyə Ərəbistanında 2025-ci ilin iyun ayına olan məlumata əsasən 2 milyon 235 min 297 dəvə mövcuddur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu