23 C
Baku
19 İyul 2025, 2:50
Baş xəbərKriminal

Sabirabad sakininin evindən silah-sursat aşkarlandı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Surra kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş Seyidnəsir Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd qələm tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı, 1 ədəd süngü-bıçaq və 71 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Paytaxtda oğurluq edən şəxs saxlanıldı 

Kəmalə Sultan

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul etdi

Kəmalə Sultan

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəy rayonunda – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu