27 C
Baku
27 İyul 2024, 3:37
Texnologiya

Samsung bəzi telefonlara yeniləmə dəstəyini dayandırdı

Bugun.tv xəbər verir ki, Samsung şikəti, bir sıra köhnə smartfon modelləri üçün yeniləmə dəstəyini dayandırdığını elan edib. Bu cihazların bir daha yeni funksiyalar və ya təhlükəsizlik yeniləmələri almayacağı bildirilib.

Samsung yeniləmə dəstəyi dayandırılan smartfonların adlarını da açıqlayıb. Siyahıda məşhur modellərin olması diqqət çəkib. Onların arasında Galaxy A51-də var.

Yeniləmələri dayandırılan digər Samsung modellərinə gəlincə, bunlar

Galaxy A01, Galaxy Tab S6 5G, Galaxy W20 5G-dir.

Samsung-un bu qərarı smartfon sənayesində tez-tez rast gəlinən bir vəziyyətdir. Mütəxəssislər isə istifadəçiləri təhlükəsizlik risklərinə qarşı diqqətli olmağa çağırır.

 

Teymur Əziz

Oxşar xəbərlər

SpaceX-in casus peykləri yaratdığı məlum oldu

Bugün TV

ABŞ 52 ildən sonra yenidən Aya maşın göndərdi

İntizar Əmirova

Sürətli genişzolaqlı internetə çıxış üçün bəyannamə qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu