Bugun.tv xəbər verir ki, Akçakale Dövlət Xəstəxanasında quduzluq diaqnozu ilə kilidləndiyi otaqdan qaçan 30 yaşlı Suriyalı Həsən Halil Faras boş sahədə qruplar tərəfindən tutularaq karantinə alınarkən, vətəndaşlar panikaya düşüb.
Belə ki, Şanlıurfanın Akçakalenin Dibat rayonunda Suriyanın Telabyad şəhərində sahibsiz itin hücumu nəticəsində yaralanan Həsən Halil Faras xəstəxanaya aparılıb.

Ensonhaber-in məlumatına görə, Saxlanmaq üçün otağa salınan gənc kilidli otağın qapısını açıb və xəstəxanada olan bir şəxsin mobil telefonunu götürərək qaçıb. Xəstəxana polisi mobil telefonu ələ keçirilən xəstə qohumunun xəbərdarlığı üzərinə təhlükəsizlik kamerası müayinəsində onun mobil telefonunu oğurlayan şəxsin quduzluq diaqnozu qoyulan Həsən Halil Faras olduğunu müəyyən edib.
Polis və sağlamlıq qrupları Akçakale Dövlət Xəstəxanasından qaçan Farası tapmaq üçün axtarış əməliyyatına başlayıb. O, xəstəxanadan 10 kilometr aralıda, Dibat rayonunda boş sahədə tapılıb. Qorxu içində ətrafa baxan Farası razı salmaq üçün ərəbdilli məmurlar çağırılıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Rayonda çaxnaşma və narahatlıq yaradan hadisənin ardından quduzluq xəstəsi olan suriyalı gəncin təmasda olduğu şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Müxbir: Şəms Elnurqızı