Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanun layihəsini razılaşdırıblar.
Yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsal olacaq və internet üzərindən 2D ştrix-kod olaraq veriləcək. Onları mobil cihazlara yükləmək olar. Viza üçün müraciət edənlər bir çox dildə onlayn viza müraciət edə biləcəklər.
Yeni sistemlə müraciətlər vahid internet platforması vasitəsilə həyata keçiriləcək. Lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu buraya yatırılacaq. Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman müraciətin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə paralel işləyəcək.
Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasport alanlar Şengen ölkələrinin konsulluqlarına getməlidirlər.
Qeyd edək ki, şengen vizalarının rəqəmsallaşdırılması xərcləri azaltmaq, viza müraciətlərini sürətləndirmək və asanlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, Aİ Şengen zonasının təhlükəsizliyini artırmağı qarşısına məqsəd qoyub.
Qanun layihəsi Avropa Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiq edildikdən sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və 20 günə qüvvəyə minəcək.
Mənbə: TRT Haber