Serbiya Ukrayna ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməyə hazırlaşır. Ölkə prezidenti Aleksandar Vuçiç bildirib ki, Belqrad Ukrayna ilə gübrə tədarükü üzrə razılaşmalar əldə etmək niyyətindədir.
Vuçiç mətbuat konfransında qeyd edib ki, Serbiya yalnız Ukrayna ilə deyil, digər ölkələrlə də azad ticarət və ya xüsusi barter sazişləri üzərində işləyir. Onun sözlərinə görə, əsas məqsəd ölkə fermerlərini zəruri gübrə ilə təmin etməkdir.
Serbiya lideri vurğulayıb ki, bu istiqamətdə müəyyən çətinliklər mövcuddur və qlobal vəziyyət getdikcə daha mürəkkəbləşir. O, kənd təsərrüfatı sektorunun sabitliyinin təmin olunmasının prioritet məsələ olduğunu qeyd edib.
Qeyd edək ki, Vuçiç bu açıqlamaları İsveçrə Prezidenti Guy Parmelin ilə görüşdən sonra verib.
Mənbə: mail.ru
