Siyasət

Si Cinpin yenidən ÇXR-nın sədri seçildi

14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK, parlament) birinci sessiyasının nümayəndələri cümə günü yekdilliklə Si Cinpinin görünməmiş üçüncü beşillik müddətə Çin Xalq Respublikasının  yenidən sədr vəzifəsinə seçilməsinə səs veriblər. Səsvermədə 2952 nəfər iştirak edib.

Bugun.tv xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.

70 yaşlı Si Cinpinin yenidən seçilməsi ölkə konstitusiyasına 2018-ci ildə edilən dəyişiklikdən sonra mümkün olub.

Agentlik bildirir ki, Si Cinpin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədri vəzifəsinə  yekdilliklə yenidən seçilib.

Bugün TV

Oxşar xəbərlər

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu