20 C
Baku
28 İyun 2025, 3:07
İqtisadiyyat

“Şimal axınları”nın təmirinə azı 500 milyon dollar xərclənə bilər

“Nord Stream AG” şirkəti Baltik dənizində “Şimal axını – 1” və “Şimal axını – 2” kəmərlərinin zədələnmiş hissələrinin təmiri və qaz təchizatının bərpası xərclərinin qiymətləndirilməsinə başlayıb.

Bugün.tv  TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, hesablamalardan birinə əsasən, təmir üçün azı 500 milyon dollar lazım ola bilər. Qəzet, həmçinin iddia edir ki, Rusiyada işləyən məsləhətçilər zədələnmiş boruların duzlu suyun təsirinə nə qədər davam gətirə biləcəyini müəyyən etməyə çalışırlar.

Bununla əlaqədar, nəşr kinayəli sual verir ki, Rusiya heç bir sübut olmadan bəzi Qərb ölkələrini qaz kəmərlərində təxribat törətməkdə təqsirli bilirsə, nə üçün bu bahalı işlərə başlamaq niyyətindədir? Qəzet qeyd edir ki, qaz kəmərlərinin Avropanın özündə də kifayət qədər xeyli əleyhdarı var idi və enerji infrastrukturunun belə mühüm obyektinə təxribatı müharibə aktı kimi qiymətləndirmək olar.

Bugün TV

Oxşar xəbərlər

SOCAR-da akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib

Aynur Əfəndi Zadə

Füzulidə incəsənət məktəbinin təməli qoyulub

Aynur Camal

İstifadəsiz tikilidə 4 kiloqram narkotik aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu