Digər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Prezident İlham Əliyevin onlayn çıxışı sülh mesajı idi

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə sosial media hesabında İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində videoformatda iştirakını şərh edib.

Məhəmməd Əsədullazadənin fikrincə, Prezident İlham Əliyevin sammitə onlayn qoşularaq çıxış etməsi faktiki olaraq Azərbaycanın tədbirdə iştirak etdiyini göstərir və bu addımın sammitin boykot edilmədiyini ortaya qoyur.

Ekspert qeyd edib ki, bu iştirak Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin aktuallığını bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan bununla sülhə sadiq qaldığını, eyni zamanda Cənubi Qafqazda yeni siyasi münasibətlər sisteminin formalaşdığı mesajını verdi.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Avropa Siyasi Birliyinin Cənubi Qafqazla bağlı sammitində Azərbaycan Prezidentinin çıxışı ölkənin regionda söz sahibi olduğunu bir daha təsdiqlədi.

“Cənab Prezident siyasi iradə nümayiş etdirərək Cənubi Qafqaz ilə Avropa arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdi”, – deyə siyasi ekspert bildirib.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışının Ermənistan televiziya kanallarında yayımlanması da xüsusi siyasi əhəmiyyət daşıyır. Bu, iki ölkə arasında formalaşan sülh mühitinin mövcudluğunu və onun qorunmasının vacibliyini nümayiş etdirir.

Məhəmməd Əsədullazadə xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan sammitdən sonra 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi toplantısında iştirak etmək üçün Bakıya gələcəyinə ümid etdiyini bildirib.

Siyasi ekspert hesab edir ki, bu proses Cənubi Qafqazda sülhün artıq real mərhələyə keçdiyini göstərir və cari ildə Azərbaycan ilə Ermənistan arasında sülhün hüquqi baxımdan da qüvvəyə minməsi mümkündür.

Məhəmməd Əsədullazadənin fikrincə, Prezident İlham Əliyevin şəxsən çıxış etməsi sammitin keçirilməsinə və ümumilikdə regional dialoqa verilən siyasi dəstəyin göstəricisi oldu. O əlavə edib ki, bu yanaşma həm Nikol Paşinyanın mövqeyini gücləndirdi, həm də Qərb ölkələrinə regionda sülh prosesinin real xarakter aldığını göstərdi.

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Qafqaz sülh sazişi ilə yeni mərhələyə keçir

Aynur Camal

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Aynur Camal

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hürmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu