26 C
Baku
24 Sentyabr 2026, 11:14
Baş xəbərSiyasət

ŞKTC lideri Xankəndinə dəvətə görə, Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən XVII Zirvə görüşünə dəvətə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bugun.tv  xəbər verir ki, Lefkoşada BMT nümayəndələri ilə görüşdə E.Tatar iyulun 1-də axşam saatlarında Azərbaycana uçacağını, çərşənbə gününə bir sıra görüşlərin planlaşdırıldığını bildirib.

“Biz İƏT-in sammitində müşahidəçi dövlət statusunda iştirak edəcəyik. Bu, bizim üçün çox vacibdir. Bununla əlaqədar olaraq, mən Xankəndinə dəvətə görə, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə bir daha minnətdarlığımı bildirmək istəyirəm”, – deyə Kipr türklərinin lideri bildirib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq Şimali Kiprin gələcək inkişafı, eləcə də embarqonun və məhdudiyyətlərin mənfi təsirinin aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

“Mən bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən sammitinin iştirakçıları ilə bölüşəcəyəm”, – deyə E.Tatar əmin edib.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu