Səhiyyə

“Skuter və mini-motosikletlər uşaqlarda ağır xəsarətlərin əsas səbəbinə çevrilib”

Bugun.tv xəbər verir ki, mütəxəssislər uşaqlar arasında ağır travmaların artdığını bildirirlər.

Ekspert Aleksandr Qriqoryev açıqlamasında qeyd edib ki, uşaqlarda ən ağır xəsarətlər artıq yelləncəklərdən deyil, yüksək sürətli nəqliyyat vasitələrindən qaynaqlanır.

Onun sözlərinə görə, əsas risk yaradan vasitələr elektrik skuterləri, pitbayklar, uşaq motosikletləri və digər sürətli fərdi nəqliyyat vasitələridir.

Həkim bildirib ki, adi qaçış və meydançada oyunlar da xəsarətlə nəticələnə bilər, lakin yüksək sürətli vasitələrin yaratdığı travmalar daha ağır olur. O vurğulayıb ki, uşaqlar qış mövsümündən sonra açıq havada aktiv hərəkətə öyrəşmədikləri üçün risk daha da artır.

Aleksandr Qriqoryev əlavə edib ki, yay mövsümü xəstəxanalar üçün ən gərgin dövr sayılır. Xüsusilə may bayramları zamanı uşaqların bağ evlərində və təbiətdə böyüklərin kifayət qədər nəzarəti olmadan qalması xəsarətlərin sayını artırır.

Mütəxəssisin sözlərinə görə, travmatologiya məntəqələrinə ən çox 9-13 yaş arası uşaqlar müraciət edir. Onlarda əsasən ön qol, baldır və bud sümüklərinin sınıqları qeydə alınır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

35 yaşdan sonra dərini necə 10 yaş gənc göstərmək olar? – Mütəxəssislərdən tövsiyələr

Aynur Camal

Genetik izah edib ki, bəzi insanlara şirniyyatdan imtina etmək niyə çətin gəlir

Aynur Camal

Alimlər insan orqanizminin iki yaşda qəfil qocaldığını açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu