Səhiyyə

Stomatoloq: Dişlərə ağlığı geri qaytarmaq olarmı?

Stomatoloq saralmış dişlərə təbii ağlığı qaytarmağın mümkün yollarını açıqlayıb.

Mail.ru Health-in məlumatına görə, həkim bildirir ki, dişlərin rəngi 3 səbəbdən dəyişir: qida və içkilər, siqaret, yaşla əlaqədar emalın nazikləşməsi. Qəhvə, çay, qırmızı şərab və giləmeyvələr emalda piqment izi qoyur.

Mütəxəssis qeyd edir ki, ev şəraitində ağartma pastaları və zolaqlar yalnız səthi ləkələri təmizləyir. Dərin rəng dəyişikliyi üçün klinik prosedurlar lazımdır. Ən effektiv üsul ofis ağartmasıdır – xüsusi gel və lampa ilə 40 dəqiqəyə 5-8 ton açıqlama əldə etmək olar.

Lakin həkim xəbərdarlıq edir: həftədə 2 dəfədən çox soda və kömürlə diş fırçalamaq emalı zədələyir. Həssaslıq və çürük riski artır.

Optimal variant: ildə 2 dəfə peşəkar gigiyena + ağartmadan sonra 2 həftə “ağ pəhriz” saxlamaq. Qəhvə, çay və rəngli qidalardan imtina etmək lazımdır.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Sağlam böyüklər üçün gündəlik zülal norması açıqlandı

Aynur Camal

Həkim qaynadılmış ətdən çox yeməyin zərərini açıqladı

Aynur Camal

Qocalma zamanı əzələ zəifləməsinin səbəblərindən biri tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu