Demək olar ki, hər gün şəhərdə sahibsiz itlərə rast gəlirik. Günümüzün aktual və bir o qədər də narahatedici məsələlərindən biri də elə budur.
Sumqayıtda yerləşən 34 nömrəli məktəbin həyətində sahibsiz itlər sakinləri narahat edir. Sahibsiz itlər sakinlərə əmin amanlıq vermir. Hər gün məktəbə gələn valideynlər, müəllimlər, şagirdlər bu vəziyyətdən çox narahat olurlar.
Bugun.tv xəbər verir ki, hətta məktəbə gələn şağirdlər arasında itlərin hücumuna məruz qalanlar da olub. “Mən bir dəfə məktəbə gələndə üstümə cummuşdular . Ona görə də anam içəri ötürür. Biz itlərin hücumundan çox qorxuruq”, “Atam hər gün işə gecikir. Bilir ki, mən itdən qorxuram işə gecikib məni buradan götürür”, “Birinci sinif ikinci sinif uşağı idi. İt onun üstünə cumdu Uşaq yerində sarılıq keçirdi.
Mövcud vəziyyətdən valideynlər də narahatdılar. “İtlər uşaqların sayından çoxdur. Övladlarımızı rahat məktəbə buraxa bilmirik”, “Zəng edirik, şikayət edirik, bu məsələyə baxan yoxdu. Dərdimizi kimə deyək bilmirik”.
Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Onların şəhər ərazisində təhlükə yarada biləcəyini nəzərə alnaraq icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib.
Sakinlərin bir daha belə hallarla üzləşməyəcəyinə ümid edirik. Çünki bu günün zərərçəkmiş şəxsi, sabah həyatını itirə də bilər.