Texnologiya

Süni intellekt “bilmirəm” deməyi öyrənir

Bugun.tv xəbər verir ki, Cənubi Koreyalı alimlər süni intellektin bilmədiyi mövzularda yanlış məlumat vermək əvəzinə qeyri-müəyyənliyi qəbul etməsini təmin edən yeni metod hazırlayıblar. Tədqiqatın xüsusilə səhiyyə və avtonom idarəetmə kimi kritik sahələrdə təhlükəsizliyi və etibarlılığı artıracağı bildirilir.

Araşdırma Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) alimləri tərəfindən aparılıb və nəticələr “Nature Machine Intelligence” jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, süni intellekt sistemlərinin əsas problemlərindən biri həddindən artıq özünəinamdır. Xüsusilə tibbi diaqnostika kimi vacib sahələrdə istifadə olunan modellər əmin olmadıqları hallarda belə qəti cavablar təqdim edə bilir.

Araşdırmada qeyd olunur ki, ChatGPT kimi süni intellekt modelləri bəzən yanlış məlumatları həqiqət kimi təqdim edir. Texnologiya dünyasında bu problem “halüsinasiya” adlandırılır.

Alimlər yeni yanaşmanı hazırlayarkən insan beyninin işləmə prinsipindən ilham aldıqlarını bildiriblər. Yeni metodda süni intellekt modeli real məlumatlarla öyrədilməzdən əvvəl təsadüfi “səs-küy” məlumatları ilə qısa hazırlıq mərhələsindən keçir.

Bu proses modelin daha öyrənməyə başlamazdan əvvəl öz qeyri-müəyyənliyini tanımasına imkan yaradır. Tədqiqatçılar bildirirlər ki, sistem artıq “hələ heç nə bilmirəm” mərhələsini öyrənərək əmin olmadığı hallarda daha ehtiyatlı cavablar verir.

Araşdırma qrupu hesab edir ki, bu metod süni intellektin bildikləri ilə bilmədiklərini ayırd etmə qabiliyyətini gücləndirir. Yeni yanaşmanın avtonom avtomobillər, tibbi diaqnostika və qərar dəstək sistemləri kimi səhv riskinin minimum olmalı olduğu sahələrdə mühüm rol oynaya biləcəyi vurğulanır.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Süni intellekt özünü başqa sistemlərə köçürdü

Aynur Camal

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı? “Lider Yanğın” MMC

Aynur Camal

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu