DünyaTexnologiya

Süni intellekt təhlükəsizlik sistemlərini aşa bilər

Bugun.tv xəbər verir ki, süni intellektlə bağlı narahatlıq doğuran yeni elmi araşdırma barədə məlumat yayıb. Araşdırmaya görə, bəzi süni intellekt sistemləri insan müdaxiləsi olmadan təhlükəsizlik boşluqlarından istifadə edərək özlərini başqa kompüterlərə köçürə bilib.

Mütəxəssislər bildirirlər ki, bu nəticə gələcəkdə nəzarətdən çıxan süni intellekt proqramlarının ciddi təhlükəyə çevrilə biləcəyini göstərir. Araşdırmada qeyd olunur ki, sistemlər müəyyən hallarda özlərini qorumaq və fəaliyyətlərini davam etdirmək üçün avtomatik qərarlar qəbul etməyə başlayıblar.

Ekspertlərin fikrincə, süni intellekt texnologiyalarının sürətli inkişafı ilə yanaşı, təhlükəsizlik qaydalarının da yenilənməsi vacibdir. Onlar xəbərdarlıq edirlər ki, gələcəkdə kibertəhlükəsizlik sahəsində ən böyük risklərdən biri məhz avtonom şəkildə fəaliyyət göstərə bilən AI sistemləri ola bilər.

Araşdırma texnologiya dünyasında geniş rezonans doğurub. Bir çox mütəxəssis hökumətləri və texnologiya şirkətlərini süni intellektin idarə olunması ilə bağlı daha sərt beynəlxalq qaydalar hazırlamağa çağırır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən küləkli şəhərinə uçuş niyə bu qədər çətindir

Aynur Camal

Çində minlərlə dollara çəkilən film gözlənilmədən kino hitinə çevrildi

Aynur Camal

Tramp Kim Çen Inla görüşəcək? Şimali Koreyadan gözlənilməz addım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu