Bugun.tv xəbər verir ki, yeni elmi araşdırmalara əsasən, probiotiklərin yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə biləcəyi bildirilib.
Məlumata görə, Çin Xalq Azadlıq Ordusunun Altıncı Tibb Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqat zamanı probiotiklərin insan orqanizminə təsiri araşdırılıb. Meta-analiz nəticəsində müəyyən olunub ki, faydalı bakteriyalar gündüz yorğunluğunu azaltmaqla yanaşı, yuxu problemlərinin də yüngülləşməsinə müsbət təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, bağırsaq mikroflorası ilə beyin fəaliyyəti arasında güclü əlaqə mövcuddur. Bu səbəbdən bağırsaq sağlamlığının yaxşılaşdırılması insanın psixoloji vəziyyətinə və yuxu rejiminə də təsir edir.
Araşdırma müəllifləri qeyd ediblər ki, probiotiklərin təsiri hər insanda fərqli ola bilər və onların qəbulundan əvvəl mütəxəssis məsləhəti almaq vacibdir. Bununla yanaşı, alimlər sağlam qidalanma, fiziki aktivlik və düzgün yuxu rejiminin də əsas amillərdən biri olduğunu vurğulayıblar.
Mənbə: mail.ru
