27 C
Baku
27 İyul 2024, 3:20
Baş xəbər

Süni intellekt və Tiktok dəyərləndirməsi

Son bir neçə ildə Tiktok-la yanaşı süni intellekt özü məşhurlaşmağa davam edir. Bəs görəsən süni intellekt insanlara necə təsir edir?

Tiktok-da çox vaxt keçirən insanların görmüş ola biləcəyi kimi süni intellektlə hazırlanan videolar çox izlənmə alır. İnsanların xəbərləri olmadan onların üzlərindən, səslərindən istifadə edərək videolar çəkilir. Çəkilən videoların həqiqətən o şəxsə aid olub olmadığı isə mübahisə mövzusu olaraq qalır. Yaxın zamanda araşdırmalardan birində gördüklərimdən yola çıxaraq deyə bilərəm ki, Tiktok platforması üzərindənsüni intellektdən istifadə edən bir satış səhifəsi öz satışlarını və izlənmələrini xeyli artırmış olub, insanların mübahisəsinə səbəb olub. Səhifədə Türkiyənin tanınmış film ulduzlarının üzləri süni intellektlə kopyalanaraq başqa şəxsin üzərinə qoyulub və insanlar bunun gerçək olub olmadığı ilə bağlı fikir yürütməyə başlayıblar. İnsanlar hələdə süni intellektin yarada biləcəklərindən xəbərsizdilər.

Başqa bir Tiktok istifadəçisi isə süni intellektdən istifadəedərək dünyasını dəyişmiş bir müğənninin səsini kopyalayıb başqa bir şəxsin mahnısını onun səsi ilə oxunmuş halını izləyicilərlə paylaşıb. Bu da insanların marağına səbəb olub.

Ən son dünya üzərində səs salan süni intellekt mövzusu isə Böyük Britaniya Krallıq ailəsi ilə əlaqədardır. Ailənin Şəhzadəsi olan xanım aylardır görünmədiyi üçün insanlar onun vəfat etdiyini düşünür və bu məsələ çox böyüməyə başlayır.

BBC və başqa agentliklərdən isə mövzu ilə bağlı heç bir məlumat verilmir. Yaxın zaman xanımla bağlı Böyük Britaniya ailəsi tərəfindən video paylaşılır. Videoda xanımın xəstə olduğu və bir müddət müsahibə vermək istəmədyini dediyi görülür. Bu video dünya üzərində məşhurlaşandan sonra isə Tiktok istifadəçiləri videonu analiz etməyə başlayır. Elon Musk tərəfindən inkişaf etdirilən analiz proqramı var, hansı ki, bir verilənin süni intellektlə yaranıb yaranmadığını sübut etmək istifadə olunur.

Bu proqram vasitəsi ilə video analiz edildikdən sonra böyük bir şok dalğası insanları öz içinə alır. Videonun 90% süni intellektlə düzəldiyi və xanımın vəfat etdiyi xəbəri dillərdən düşməyərək yayılmağa davam edir.

Süni intellektin yaradacaqları hələ tam özünü göstərməyib. Daha populyar olacağı zamanlarda insanları pis vəziyyətdə qoya bilər. Hansı ki, bir şəxs evində yatarkən onun videosu süni intellektlə bir cinayətin şübhəlisi olacaq şəkildə düzəldilib insanlara göstərilə bilər. Bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün isə Media Savadlılığını bilmək həyatımızda mühüm rol oynayır.

Nəticə:

Sosial medianın insanların öz məhsulu olduğunu vurğulamaq vacibdir. Bir insanın sosial media platformalarından necə istifadə etdiyi onun özü ilə bağlı bir məsələdir. İnsanlar Tiktokdan necə istifadə edib nələri izləyəcəklərsə onların əsas gördükləri videolar da bu istiqamətdə dəyişəcək. Media savadlılığı insanlara ən kiçik yaşdan etibarən verilməyi vacib olan bir dərsdir. Çünki bununla insanlar özlərini qorumağı öyrənir. Gələcəkdə isə müharibə şəraitində və ya informasiya müharibəsi dövründə dövlətə və şəxsə qarşı ediləcək müdaxilələrlə insanların həyatı təhlükəyə atılmasın.

2020-ci il müharisində gördüyümüz kimi əsasən də sərhəd bölgəsində yaşayan insanlara həmvətənli adı ilə bir çox mesajlar yazılıb və onlardan bilgi almağa çalışıblar. Başqa bir nümunə göstərir ki, insanlar bilmədən hərbi texnikaların şəkillərin çəkərək paylaşmağı texnikanın yaxınlığındakı şəxslərin həyatını təhlükəyə atıb. Bu deyilənlər hər biri media savadlılığı və onun önəmini vurğulamaq üçün nəzərdə tutulub. Media savadlılığı gərək müharibə dövründə gərəksə də sakit bir dövrdə insanlara lazımdır. Çünki burada deyilənlərdən çıxarıldığı üzrə süni intellekt bizim həyatımıza hələ tam daxil olmayıb. Gələcək 5 il ərzində süni intellektin insan həyatının bir çox hissəsində olacağı araşdırmalar nəticəsində məlumdur. Süni intellektin bir çox peşələri sıradan çıxaracağıda məlumdur. Hətta yaxın dövrərzində Hollywood’da bununla bağlı aksiya olmuş və nəticədə ssenari müəllifləri öz işlərinə uzun bir müddət ara vermişdilər.

Bugün TV

Oxşar xəbərlər

Rabitə qülləsinə qara bayraq asan şəxs saxlanıldı

Nigar Məmmədova

Qohumlar arasında dava oldu: 5 yaralı var

Bugün TV

Yol qəzasında həyatını itirən müqaviləli əsgər Çağlar Kahramanmaraşda torpağa tapşırıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu