10.7 C
Baku
27 Mart 2025, 20:05
Digər

Sürət qatarı niyə sürətsizdir? 

Bugun.tv xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək. Müvafiq marşrut üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinif üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Amma bu xəbərdən sonra sosial şəbəkələrdə bəzi narazı statuslar paylaşıldı. Bəs bu sürət qatarları niyə sürətsizdir? 

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sürət qatarı ünvana 3 saat 20 dəqiqəyə çatır. Belə olan halda bir sual yaranır. Avtomobil ilə təxminən bu qədər vaxta gedəcəyimiz yolu, sürət qatarı niyə daha tez qət etmir?

Ekspert Elməddin Muradlı deyir ki, 3 saat 20 dəqiqə Qəbələ üçün qatarla normaldır. “Bu gün ki, relyefi və qurulan şəbəkəni nəzərə alsaq normaldır. Avtomobillə normal sürətlə hərəkət etsək, qaydaları pozmasaq 4 saatdan tez qəbələyə heç kim çatmır. Əgər kimsə iddia edirsə ki, mən 3 saata çatıram bilin ki, o çox kobud qayda pozur”.

Müsahibimizin sözlərinə görə, sürət qatarının sürətli hərəkət etməməsinin səbəblərindən biri də, yaşayış məntəqələrinin dəmir yol xəttinə yaxın məsafədə yerləşməsidir. “Bu dəmiryol xəttinin müəyyən hissələri yaşayış məntəqələrindən keçir. Bunu təbik ki, dəmir yolları etməyib. Binaların qatar keçən ərazinin 5 metrliyində tikilməsinə icra orqanları icazə verməməli idi. Vaxtında imkan verməsəydilər bu gün sürət normal olardı”. 

Qəbələdəki dəmiryol vağzalının şəhər mərkəzindən 26 km aralıda yerləşməsi də, narazılığa səbəb olub. Bəs mərkəzə sərnişinlər necə gedəcəklər? 

Elməddin Muradlının sözlərinə görə, bu onu da narahat edib. “Bunu Qəbələdə olarkən əlaqədar qurum rəhbərliklərindən soruşdum. Birmənalı şəkildə bildirdilər ki, sözügedən məsələ artıq həll olunub. Dəmir yolu ilə səyahəti zamanı orada avtobuslar və taksilər olacaq. Kimsə iddia edirsə ki, stansiya rayon mərkəzində olmalıdır. Tamamilə absurd yanaşmadır. Biz Bakını ona görə bu günə qoymuşuq. Ona görə tıxacdan tərpənə bilmirik. Hər şeyi mərkəzə saldıq deyə bu gün əziyyətini çəkirik”- deyə, ekspert bildirib. 

Oxşar xəbərlər

Fevralın 11-də gözlənilən hava şəraiti

Aynur Camal

Bozcaada və Gökçeadaya bütün bərə reysləri ləğv edildi

İntizar Əmirova

NASA Starliner-in ilk ekipaj uçuşunu təxirə saldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu