6 C
Baku
2 Aprel 2023, 0:33
Baş xəbər

“Şuşa – bizi birləşdirən mədəniyyət”

 Bugün.tv-yə daxil olan məlumata əsasən, Şuşa ilinə həsr olunan “Şuşa – bizi birləşdirən mədəniyyət” adlı videoçarx işıq üzü görüb.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Məhz bu ilin “Şuşa ili” elan edilməsi mədəniyyət nümayəndələrinin bu möhtəşəm diyara daha çox nəğmələr, şeirlər, əsərlər həsr olunmasına səbəb olub. Bu layihələrdən biri də “Şuşa – bizi birləşdirən mədəniyyət” adlı layihədir.

Layihə çərçivəsində sözləri Şahin Musaoğluna aid “Şuşa – bizi birləşdirən mədəniyyət” adlı şeiri xalq artisti Nurəddin Mehdixanlı səsləndirib və Şuşanın möhtəşəm görüntülərini əks etdirən videoçarx hazırlanıb.

Qeyd edək ki, layihənin ideya müəllifi Ramil Qasımovdur.

Oxşar xəbərlər

Sürət hədlərinin endiriləcəyi küçə və prospektlər-SİYAHI

Kəmalə Sultan

Orucluğun imsak-iftar vaxtı və duaları

Bugün TV

12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür

Nigar Məmmədova

Şərh yazın