Digər

Təhsilin səviyyəsindən razısınızmı?- SORĞU+ VİDEO

Bu gündən etibarən cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaşların fikrinə yer ayıracağıq.

Bugun.tv-nin əməkdaşları elə bu məqsədlə paytaxtda sorğu keçirib. Şəhər sakinləri təhsilin bu günü ilə bağlı düşüncələrini bölüşüblər. Fikirlər müxtəlif olub. “İndiki təhsil sistemi ilə razı deyiləm. Çətin sistemdi. Bir valideyn kimi narahatam. Çünki mən özüm ali savadlı insanam, ancaq bu dərslikləri anlaya bilmirəm. Əsas da riyaziyyatı çox çətinləşdiriblər”. “Demək olar ki, raziyam, amma təhsil sistemində bəzi dəyişikliklər olmalıdır. Müəllimlər də biraz sərtdir. Şagirdlərdən çox müəllimlər ön planda tutulur”. “Məktəblərdə praktika ücün lazımi avadanlıqlar yoxdu. Muəllimlər yaxşı olsa da praktiki baxımdan zəifdilər”. “Kluklum sistemi təhsilimizin səviyyəsini aşağı edib. Uşaqlarımız heç nə dərk etmirlər. Bəzən müəllimlər özləri də dərslik suallarının cavabı tapmaqda çətinlik çəkirlər. Məncə, sistem kökündən dəyişdirilməlidir”,- deyərək, öz fikirlərini bildiriblər.
Ətraflı link bölümündə:

Bugün TV

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu