Baş xəbərHadisə

Təbii qaz partlaması: 1 yaralı var

Bugun.tv xəbər verir ki, Samsunun mərkəzi Atakum rayonunda bir evdə təbii qazın sızması nəticəsində 1 nəfər yaralanıb. Mövlana məhəlləsi 754-cü küçədə 6 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə təbii qaz sızması nəticəsində partlayış baş verib.

TRT Haber-in məlumatına görə, Partlayış nəticəsində evin mətbəxində olan 82 yaşlı Ömər Zehiroğlu yaralanıb, mətbəx və eyvana ziyan dəyib. Ətrafdakıların xəbər verməsindən sonra hadisə yerinə xilasetmə, polis və təbii qaz qrupları göndərilib.

Yaralı 112 Təcili Xidmət qrupları tərəfindən Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yanıq mərkəzində müalicə alan yaralının 1-ci dərəcəli yanıq xəsarətləri aldığı və huşunun yerində olduğu öyrənilib.

Aynur Camal

Oxşar xəbərlər

Pəncərəni açıq qoyub getdi, 3 il sonra qayıdanda evini tanımadı

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Çingiz Abdullayev – El Bakuvi yaradıcılığı…VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu