Bugun.tv xəbər verir ki, tanınmış jurnalist İsmayıl Nəsibli 8 ildir ki, fəaliyyət göstərdiyim “Report” İnformasiya Agentliyi ilə yollarını ayırıb. Bu barədə o özü sosial şəbəkə hesabında paylaşım edib. “Bu illər ərzində mənə inanan, etibar edən, dəstək olan bütün dostlara, rəhbər şəxslərə təşəkkür edirəm. Bu gündən isə iş həyatımda yeni yola, yeni başlanğıca start verirəm”, – o, bildirib.
İ.Nəsibli bildirib ki, artıq fəaliyyətimi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının mətbuat katibi vəzifəsində davam etdirəcək. “Mənə göstərilən bu yüksək etimada görə Vəkillər Kollegiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa və həmkarlarımla fəaliyyətimizin daha da effektiv olması üçün əlimdən gələni etməyə çalışacağam”, – o, əlavə edib.
Bugun.tv olaraq həmkarımıza fəaliyyətində uğurlar arzulayırıq!