Baş xəbərSosial

Tanınmış mütəxəssis gələcəyin jurnalistlərinə ustad dərsi keçdi

Bugun.tv xəbər verir ki, “Media Tədris Mərkəzi”ndə növbəti ustad dərsi (master-klass) baş tutub. Bu dəfə ustad dərsini media və ictimai kommunikasiyalar sahəsində tanınmış mütəxəssis İlkin Bağırov (İlkin İzzət) keçib.

Media Tədris Mərkəzi
Ustad dərsi

İ.Bağırov təlim zamanı müxtəlif kütləvi informasiya vasitələrində çalışdığı zaman, xüsusən, televiziya fəaliyyəti dövründə baş verən maraqlı hadisələrdən danışıb, öz şəxsi təcrübəsini bölüşüb. Təlim zamanı iştirakçıları ekspertin verdiyi kazuslar üzrə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Media Tədris Mərkəzində təlim
Tələbələr sualları cavablandırır

Bundan əlavə, təcrübəli mütəxəssis dinləyicilərə PR sahəsi üzrə də geniş bilgilər verib, onlara ictimaiyyətlə əlaqələrin əhəmiyyətini müxtəlif nümunələrlə izah edib, o cümlədən mətbuat xidmətləri ilə əməkdaşlığın incəlikləri ilə tanış edib. O, gələcəyin jurnalistlərindən motivasiyaedici, faydalı tövsiyələrini də əsirgəməyib, gənclərin çoxsaylı suallarını cavablandırıb.

Media tədris mərkəzi
Tanınmış jurnalist İlkin Bağırov tələbələrə kitab hədiyyə edib

Sonda İ.Bağırov təlim iştirakçılarına kitablar hədiyyə edib.

Qeyd edək ki, İlkin Bağırov media və ictimai kommunikasiyalar sahəsində 25 illik təcrübəyə malikdir. O, müxtəlif kütləvi informasiya vasitələrində (televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, xəbər portalı) müxbir, aparıcı, xəbər müdiri, redaktor, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. Son illər isə əsasən PR sahəsində fəaliyyət göstərən İ.Bağırov Azərbaycanda 5 iri şirkətin ictimai kommunikasiyalar üzrə strukturlarına rəhbərlik edib.

İlkin Bağırov tələbələrlə şəkil çəkdirib
Tələbələrlə xatirə fotosu

Qeyd edək, Media Tədris Mərkəzi artıq 3 ildir ki, fəaliyyət göstərir. Televiziyanı əhatə edən bütün peşələr üzrə (jurnalist, aparıcı, operator, montajçı, rejissor, prodüser və sair) burada kurslar təşkil olunur.

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan həlli Rusiya ilə üçtərəfli bəyanatlara əsaslanmalıdır”

Aynur Camal

Əlillik pensiyasi kəsilən qazi Fuad Həsənov “Bu gün TV”yə şikayət etdi    

Bugün TV

20 immiqrant qaçaqmalçısı tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu