15.7 C
Baku
17 May 2025, 1:04
Baş xəbərSosial

“Tarixi vətənimizə – Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir keçirildi

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin 300 nəfərlik akt zalında “Konstitusiya və həmrəylik ili” çərçivəsində “Tarixi vətənimizə – Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər, ardınca Ümummilli Liderin şərəfli həyat yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açılış nitqi ilə tədbiri açıq elan edərək Qərbi Azərbaycan həqiqətlərinin regionlarda səsləndirilməsinin önəmini qeyd edib.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanlıların deportasiya tarixindən, dağıdılan maddi-mədəni irsindən bəhs edib, qayıdış hüququna toxunub.

Ardınca Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd İcmasının sədri, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, əməkdar jurnalist Telli Pənahqızı çıxış edərək Qərbi Azərbaycanın ümummilli məsələ olduğunu, soydaşlarımızın vətən həsrətinin tezliklə bitməsinə dərin inamlarını ifadə ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Evdən tapança və metamfetamin aşkarlandı

Aynur Camal

2 mərtəbəli taxta tikili yandı

Teymur Əziz

“Səbail”  “Qarabağ”ı qəbul edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu