Türkiyəli məşhurlar zəlzələdə zərər çəkmiş insanlar üçün yardım aksiyasına qoşuldular. Təbii fəlakətin baş verdiyi ilk gündən AHBAP dərnəyinim rəhbəri müğənni Haluk Ləvənt dəstək kampaniyasında aktivlik göstərir. Türkiyəli meqastar Tarkan isə Haluk Ləvəntin çağırışına biganə qalmadı. “Yanındayam” mesajı ilə dəstək kampaniyasına qoşulduğunu bildirdi.
Bugun.tv türk mediasına istinadən xəbər verir ki, eyni zamanda, Kıvanç Tatlıtuğ, Kənan İmirzalıoğlu, Ebru Gündeş, Sibel Can, Orxan Gəncəbay, Hazal Kaya da aksiyaya qoşularaq, maddi dəstək göstəriblər.