Digər

“Titanik”i batıran buzdağının aqibəti məlum olub

RMS Titanic gəmisinin batmasının 114-cü ildönümü ilə əlaqədar faciəyə səbəb olan buzdağının sonrakı taleyi yenidən gündəmə gəlib.

Məlumata görə, 1912-ci il aprelin 14-də gecə saatlarında Şimali Atlantik okeanında, Nyufaundlend yaxınlığında baş verən qəzaya Qrenlandiya mənşəli nəhəng buz kütləsi səbəb olub. Alimlərin hesablamalarına görə, bu buzdağının yaşı ən azı 100 min il, çəkisi isə təxminən 1,5 milyon ton olub.

Hadisədən sonra buzdağı yoluna davam edib, lakin daha isti sulara daxil olduqca tədricən əriməyə başlayıb. Nəticədə, günlər və həftələr ərzində tamamilə yoxa çıxıb.

Mütəxəssislər bildirirlər ki, digər buz kütlələri kimi bu buzdağı da təbiətin dövranına tabe olaraq ərimiş və bu gün ondan heç bir fiziki iz qalmayıb.

Qeyd edək ki, qəzadan iki gün əvvəl həmin buzdağının başqa bir gəminin heyəti tərəfindən çəkilmiş fotosu sonradan hərraca çıxarılıb və minlərlə dollar dəyərində qiymətləndirilib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İngilis yazıçı Londranın “çatışmayan” sözünü tapdı: “Kolay gelsin” ingiliscəyə keçməlidir

Aynur Camal

BMT baş katibi Quterreş Yaxın Şərqdə danışıqlara çağırdı

Aynur Camal

Həmişə “böhran rejimi”ndəsiniz? Fəlakətli düşüncə nədir və necə dayandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu