Baş xəbərDünyaİqtisadiyyat

Toshiba 5 min işçisini ixtisar edəcək

Toshiba 5 min işçisini ixtisar edəcək və bu da ölkədəki işçilərin sayının 7 faizini təşkil edir.

Bugun.tv xəbər verir ki,  Kyodo agentliyinin şirkət mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Toshiba restrukturizasiya yolu ilə kadrların sayını azaltmağı planlaşdırır.

Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi inkişaf sahələrinə yönəltməyi planlaşdıran Toshiba ölkədə 5 min işçini ixtisar etmək qərarına gəlib.

Yaponiya şirkəti may ayının əvvəlində hər bir biznes bölməsində neçə vəzifənin ixtisar ediləcəyini müəyyən etmək üçün həmkarlar ittifaqı ilə danışıqlara başlayacaq.

Əmək müqaviləsinə xitam veriləcək kadrların əksəriyyəti administrasiya və arxa ofis işçiləri olacaq və “könüllü təqaüdə çıxmaq” təkliflərinə üstünlük veriləcək.

2023-cü ilin mart ayına olan məlumata görə, şirkətin ölkədə təxminən 67 min işçisi var. İşdən çıxarılanlar ümumi işçilərin sayının 7 faizini təşkil edir.

Toshiba, şirkətlərinin zəif performansına görə 2023-cü ilin dekabrında başa çatan 9 aylıq dövrdə 107 milyard yen (691 milyon dollar) xalis zərər elan etdi.

İntizar Əmirova

Oxşar xəbərlər

Ehtiyatda olan mayor vəfat etdi

Nigar Məmmədova

İşıqforu pozan yük maşını minik avtomobilinə çırpıldı: 1 nəfər öldü, 2 nəfər yaralandı

Bugün TV

Servis idarəetmədən çıxaraq iki avtomobilə çırpıldı: 8 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu