Dünya

Tramp: ABŞ NATO-ya ən çox vəsait ayıran ölkədir

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-ya digər üzv dövlətlərdən daha çox maliyyə ayırdığını bildirib.

Donald Tramp bu barədə sosial media hesabında paylaşım edərək ABŞ-nin NATO-nun fəaliyyətinin maliyyələşdirilməsinə ən böyük töhfə verən ölkə olduğunu qeyd edib.

Onun sözlərinə görə, ABŞ NATO üçün təxminən 999 milyard dollar vəsait ayırıb. Tramp Böyük Britaniya, Fransa, İtaliya, Polşa və Almaniyanın NATO xərclərinin ABŞ ilə müqayisədə xeyli aşağı olduğunu iddia edib.

ABŞ Prezidenti həmçinin bildirib ki, ölkəsi alyansın təhlükəsizliyinin təmin olunması üçün ən böyük maliyyə yükünü daşısa da, bundan lazımi fayda əldə etmir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunda Fələstinə dəstək mesajları: Azarkeşlər tribunlarda bayraqlar qaldırdı

Aynur Camal

Meşə yanğını 900 hektar ərazini külə döndərdi

Aynur Camal

Zaxarova: Zərbələr Kiyev rejiminin hərbi və strateji obyektlərinə endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu