Dünya

Tramp: Hörmüz boğazı çox yaxında dəniz daşımaları üçün yenidən açıla bilər

ABŞ Prezidenti Donald Tramp İran və Oman vasitəsilə aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyini və strateji əhəmiyyətə malik Hörmüz boğazının tezliklə gəmilərin hərəkəti üçün açıla biləcəyini bəyan edib.

Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə keçirilən məsləhətləşmələrdə dəniz nəqliyyatının təhlükəsizliyi və naviqasiya marşrutlarının bərpası məsələləri müzakirə olunur. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmaill Bəqai də Omanla aparılan danışıqların həm texniki, həm də siyasi səviyyədə müsbət qiymətləndirildiyini təsdiqləyib.

ABŞ rəhbərliyi razılaşma əldə olunacağı təqdirdə Fars körfəzində gərginliyin zəifləyəcəyini və qlobal enerji daşımaları üçün kritik önəm daşıyan su keçidinin təhlükəsiz fəaliyyətinin bərpa ediləcəyini vurğulayıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu