Dünya

Portağal qabıqları ilə həyata keçirilən təcrübə 16 ildən sonra heyrətamiz nəticə verdi

Kosta-Rikada uzun illər əvvəl həyata keçirilən qeyri-adi ekoloji layihə təbiətin bərpası sahəsində diqqətçəkən nəticə ortaya qoyub. Alimlərin portağal qabıqlarından istifadə etməklə həyata keçirdiyi təcrübə 16 il sonra qurumuş ərazini sıx meşəyə çevirib.

Bugun.tv xəbər verir ki, layihə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında ekoloqlar Daniel Janzen və Vinni Hallvaksın təşəbbüsü ilə həyata keçirilib. Heyvandarlıq səbəbindən məhsuldarlığını itirmiş 3 hektarlıq ərazinin bərpası məqsədilə meyvə şirəsi istehsal edən şirkətlə əməkdaşlıq edilib və zavoddan çıxan təxminən 12 min ton portağal qabığı həmin sahəyə tökülüb.

Məqsəd portağal qabıqlarının zamanla çürüyərək torpağı üzvi maddələr və qida elementləri ilə zənginləşdirməsi olub.

Araşdırmaçılar 16 il sonra əraziyə qayıtdıqda gözləmədikləri mənzərə ilə qarşılaşıblar. Vaxtilə quraq və məhsuldar olmayan torpaq sıx meşəlik sahəyə çevrilib, burada iri ağaclar, zəngin bitki örtüyü və müxtəlif canlı növləri formalaşıb.

Mütəxəssislər müəyyən ediblər ki, portağal qabığı tökülən ərazidə torpağın üzvi maddə və qida ehtiyatı qonşu sahələrlə müqayisədə dəfələrlə artıb. Qabıqların parçalanması torpağın strukturunu yaxşılaşdırıb, faydalı mikroorqanizmlərin və həşəratların çoxalmasına şərait yaradıb, eyni zamanda yerli bitkilərin inkişafına mane olan alaq otlarının yayılmasının qarşısını alıb.

Alimlər bildirirlər ki, hər ekosistemdə eyni nəticə əldə olunmaya bilər. Bununla belə, Kosta-Rikadakı bu layihə üzvi kənd təsərrüfatı tullantılarının düzgün istifadə edildikdə təbiətin bərpasında mühüm rol oynaya biləcəyini nümayiş etdirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Saçları həftədə bir dəfə yumaq onların daha gec yağlanmasına kömək edirmi?

Aynur Camal

Rekord istilər təhlükəli hava buludları yaradır

Aynur Camal

Ukrayna kəşfiyyatı: Şimali Koreya raket bölməsini Rusiyanın qərb sərhədinə yerləşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu