ABŞ Prezidenti Donald Trump hesab edir ki, ABŞ ilə İran arasında razılaşma mayın 14-15-dək əldə oluna bilər.
PBS telekanalına müsahibəsində Tramp bildirib ki, Çinə planlaşdırdığı səfərdən əvvəl sazişin imzalanması mümkündür.
“Bu mümkündür, bəli”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp əlavə edib ki, danışıqların yekunlaşması üçün “çox yaxşı imkan” görür. Onun sözlərinə görə, əgər razılıq əldə olunmasa, Vaşinqton yenidən hərbi zərbələr variantını nəzərdən keçirə bilər.
İranla aparılan danışıqların uğurla nəticələnəcəyinə nikbin olub-olmaması ilə bağlı suala cavab verən Tramp bildirib ki, hazırda buna inansa da, əvvəllər də oxşar gözləntiləri olub.
ABŞ prezidentinin sözlərinə görə, yekun nəticənin necə olacağı yaxın günlərdə bəlli olacaq.
Mənbə: TASS
