Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycanda külək enerjisi istehsalında rekord artım qeydə alınıb

“2026-cı ilin ilk rübündə Azərbaycanda külək enerjisi istehsalı rekord səviyyədə artıb”.

Bugun.tv– xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında paylaşım edib.

Deputat həmçinin açıqlamasında qeyd edib ki, hesabat dövründə külək enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 26 dəfə yüksələrək 248 milyon kilovat-saatdan çox olub.

Vüqar Bayramovun sözlərinə görə, ümumilikdə bu ilin ilk üç ayında ölkədə “yaşıl enerji” istehsalı da artaraq 925 milyon kilovat-saata çatıb. Elektrik enerjisinin əsas hissəsinin istilik elektrik stansiyalarında istehsal olunduğunu qeyd edən deputat, hidroelektrik stansiyalar və digər alternativ mənbələrin də enerji balansında payının yüksəldiyini vurğulayıb.

Millət vəkili hesab edir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan təcrübə Azərbaycanda da genişləndirilə bilər. Onun fikrincə, icmaların və ailələrin günəş və külək enerjisindən istifadə edərək həm öz tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlətə satması enerji sektorunda yeni imkanlar yarada bilər.

Deputat qeyd edib ki, bu yanaşma bir tərəfdən elektrik enerjisi istehsalını artırar, digər tərəfdən isə vətəndaşların enerji xərclərinin azalmasına səbəb olar. O, bunun üçün icma əsaslı inteqrasiya olunmuş enerji infrastrukturunun formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Vüqar Bayramov əlavə edib ki, dünyada artan “yaşıl enerji” çağırışları enerji sektorunda yeni yanaşmaların tətbiqini daha da aktuallaşdırır.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: İtaliya ilə iqtisadi əməkdaşlıq qeyri-neft sektorunda yeni imkanlar açır

Aynur Camal

İlham Əliyev İslam İnkişaf Bankı nümayəndə heyətini qəbul edib

Aynur Camal

Vüqar Bayramov: İtaliya ilə strateji tərəfdaşlıq iqtisadi əlaqələri daha da gücləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu