Dünya

Tramp Kim Çen Inla görüş ehtimalını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Çin səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini açıqlayıb. Lakin mümkün görüşün baş tutacağı hələlik dəqiqləşməyib.

Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp Ağ Evdən Asiya səfərinə yola düşərkən jurnalistlərə bildirib ki, Kim Çen Inın Çinə gəlib-gəlməməsi Çin Prezidenti Si Cinpindən asılıdır. O, Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini, Şimali Koreya lideri ilə də görüş ehtimalının olduğunu deyib.

“Reuters”in məlumatına görə, Ağ Evin rəsmiləri bir müddət əvvəl Trampın Çin səfəri çərçivəsində Kim Çen Inla görüşünün planlaşdırılmadığını bildirmişdilər. Şimali Koreya tərəfi isə ABŞ prezidentinin son açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi Seul və Vaşinqtonun mümkün görüşlə bağlı əlaqə saxladığını, lakin görüşün baş tutub-tutmayacağını və nə zaman keçiriləcəyini indidən müəyyənləşdirməyin çətin olduğunu qeyd edib.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Trampın Kim Çen Inla mümkün görüşü regionda diplomatik proseslər baxımından diqqət çəkən məsələlərdən biridir.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Yeni çobanyastığı növünə alim Pieter Pelserin adı verildi

Aynur Camal

Sakit okeanda Xavier qasırğası beşinci kateqoriyaya yüksəldi

Aynur Camal

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi: “İnsan”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu