ABŞ Prezidenti Donald Tramp kommunizmi ölkəsi üçün tarixdə baş vermiş bir sıra böyük hadisələrdən daha ciddi təhlükə adlandırıb.
Bugun.tv xəbər verir ki, Donald Tramp bu fikirləri Vaşinqtonda keçirilən Faith & Freedom Coalition konfransındakı çıxışı və sosial şəbəkə paylaşımında səsləndirib. O bildirib ki, kommunizm ABŞ üçün Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, Pearl Harbor hücumu və 11 Sentyabr terror hücumlarındən bəri ən böyük təhlükədir.
Tramp çıxışında son günlər Zohran Mamdani kimi demokratik sosialist namizədlərin qazandığı uğurlara toxunaraq, Demokratlar Partiyasının kommunizmə yaxınlaşdığını iddia edib. O, bu tendensiyanın ABŞ-ın gələcəyi üçün ciddi risk yaratdığını bildirib.
Qeyd edək ki, Trampın kommunizmlə bağlı açıqlamaları ABŞ-da siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bir sıra media qurumları və siyasi şərhçilər onun demokratik sosialistlərlə kommunizmi eyniləşdirdiyini, bu yanaşmanın isə mübahisələr doğurduğunu vurğulayırlar.
Mənbə: Ensonhaber
