Dünya

Tramp Nurməhəmmədovu bütün zamanların ən böyük döyüşçüsü adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovu bütün zamanların ən böyük döyüşçüsü adlandırıb.

“Xəbib karyerasını 29-0 hesabı ilə başa vurdu və heç bir raundda məğlub olmadı. O, yəqin ki, bütün zamanların ən böyük döyüşçüsüdür. Mən onunla Nyu Cersidə UFC turnirində tanış oldum. O, çox ağıllı oğlandır. Onu böyük gələcək gözləyir”, – Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Nurməhəmmədov və Tramp ötən həftə baş tutan UFC 302 turnirində görüşüblər. Bildirilib ki, ABŞ-ın 45-ci prezidenti Həbibə Fələstindəki hərbi münaqişəni dayandıracağına söz verib. Daha sonra keçmiş çempionun meneceri Rizvan Maqomedov Qəzzada müharibəni müzakirə etməyə nail olduqlarını təsdiqləyib.

Həbib Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və 29 qələbə qazanıb. O, 2012-2020-ci illərdə UFC-də yarışıb və təşkilatın yüngül çəkidə çempionu olub. 2021-ci ildə Həbib rəsmi olaraq təqaüdə çıxdı və bir il sonra UFC Şöhrət Zalına daxil edildi.

Mənbə: sportmail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ İran üzərində tezliklə qələbə qazanacaq

Aynur Camal

Mərakeşdə seçkiyə günlər qalmış hakim koalisiya daxilində qarşıdurma artır

Aynur Camal

Panama kanalı su çatışmazlığı səbəbindən gəmilərin keçidini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu