Baş xəbər

Türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür

Bugün.tv xəbər verir ki,  Türk Dövlətləri Təşkilatı (TDT) -tviter hesabında Naxçıvan müqaviləsinin ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.

“3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Gününüz mübarək! Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür! Sizi ən xoş arzularımızla təbrik edirik!”.

Xatırladaq ki, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb. Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

Aynur Camal

Oxşar xəbərlər

Qəzzədə şagirdlər məzuniyyət imtahanlarına elektriksiz çadırlarda hazırlaşır

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir

Aynur Camal

Ceyhun Məmmədov: WUF13 Azərbaycanın qlobal şəhərsalma və inkişaf platformasına çevrildiyini təsdiqləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu