Dünya

Türkiyədən yeni təşəbbüs: Qara dənizdə taxıl daşımalarının bərpası üçün plan hazırlanıb

Bugun.tv xəbər verir ki, Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının təhlükəsiz şəkildə bərpası üçün yeni plan hazırlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara planın həyata keçirilməsi ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayır.

Fidan İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, lazımi şərait yaranacağı təqdirdə Türkiyə əvvəlki taxıl sazişinə bənzər yeni razılaşmanın əldə olunmasına çalışır. Onun sözlərinə görə, Ankara artıq hər iki tərəflə planı müzakirə edir.

Yeni təşəbbüs 2022-ci ildə Türkiyə və BMT-nin vasitəçiliyi ilə yaradılmış Qara dəniz taxıl dəhlizinin yenidən qurulmasına yönəlib. Həmin mexanizm çərçivəsində Ukrayna limanlarından təxminən 33 milyon ton taxılın təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılmasına imkan yaradılmışdı. Rusiya 2023-cü ildə razılaşmadan çıxmışdı.

Reuters qeyd edir ki, Türkiyənin yeni planının detalları hələ açıqlanmayıb və Moskva ilə Kiyevin təşəbbüsə razılıq verib-verməyəcəyi də məlum deyil.

Mənbə: ⁠Reuters⁠

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada polad istehsalı tamamilə dayandırıldı

Aynur Camal

Yollarda çəkilən sarı dairələrin sirri açıldı: Sürücülər üçün nə məna daşıyır?

Aynur Camal

Dəri sağlamlığını dəstəkləyən A vitamini ilə zəngin 13 qida

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu