Digər

“Türkiyəyə qarşı olan mövqe Azərbaycana da yönəlmiş sayılmalıdır”

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşım edərək Türkiyə-Azərbaycan münasibətləri və regiondakı son siyasi gərginliklərlə bağlı fikirlərini bölüşüb.

Ekspert bildirib ki, Türkiyəyə düşmən münasibət bəsləyən hər hansı ölkə Azərbaycana dost ola bilməz. Onun sözlərinə görə, Türkiyə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə görə bu günə qədər sərhədlərini açmayaraq qardaş mövqeyini nümayiş etdirir.

M. Əsədullazadə qeyd edib ki, Azərbaycan və Türkiyə birgə əməkdaşlıq nəticəsində bir çox uğurlara imza atıb və xüsusilə Qarabağ müharibəsi dövründə Türkiyə ilə yanaşı Pakistan da Azərbaycana siyasi dəstək verib.

Ekspert paylaşımında Benjamin Netanyahu tərəfindən Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirilən fikirlərə də toxunaraq, İsrail rəsmilərinin Türkiyəyə qarşı ritorikasını tənqid edib. O vurğulayıb ki, Türkiyəyə qarşı yönəlmiş mövqe dolayısı ilə Azərbaycana qarşı da hesab olunmalıdır.

M. Əsədullazadə həmçinin tarixi faktlara diqqət çəkərək bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Türkiyənin mühüm rolu olub və Azərbaycan xalqı erməni silahlı dəstələrinin hücumlarından məhz türk qoşunlarının dəstəyi ilə qorunub.

Onun sözlərinə görə, keçmiş SSRİ dövründə də Türkiyə Azərbaycanın yanında olub, eləcə də İkinci Qarabağ müharibəsində bir sıra dövlətlərin neytral qalmasında rol oynayıb və hərbi-siyasi dəstək göstərib.

Ekspert əlavə edib ki, regionda baş verən son hadisələr fonunda Türkiyə ilə strateji müttəfiqliyin qorunması Azərbaycan üçün əsas prioritet olaraq qalır.

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Siyasi ekspert Məhəmməd Əsədullazadə
Aynur Camal

Oxşar xəbərlər

İngilis yazıçı Londranın “çatışmayan” sözünü tapdı: “Kolay gelsin” ingiliscəyə keçməlidir

Aynur Camal

BMT baş katibi Quterreş Yaxın Şərqdə danışıqlara çağırdı

Aynur Camal

Həmişə “böhran rejimi”ndəsiniz? Fəlakətli düşüncə nədir və necə dayandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu