Səhiyyə

Tədqiqat: Qaraciyəri toksinlərdən qoruyan təbii vasitə aşkarlanıb

beynin cavanlaşması, fiziki aktivlik və beyin, beyin bioloji yaşı, idman və sağlamlıq, MRT beyin araşdırması, demensiya riski, sağlam həyat tərzi

Bugun.tv xəbər verir ki, alimlər selenlə zənginləşdirilmiş fermentləşdirilmiş qoji giləmeyvəsi şirəsinin qaraciyəri bəzi toksinlərin zərərli təsirindən qoruya biləcəyini müəyyən ediblər. Araşdırmanın nəticələri Food & Function elmi jurnalında dərc olunub.

Məlumata görə, söhbət xüsusilə xarab olmuş meyvələrdə və onlardan hazırlanan məhsullarda rast gəlinə bilən patulin adlı toksindən gedir. Tədqiqat zamanı alimlər Tibet kefir göbələyi vasitəsilə fermentləşdirilmiş qoji şirəsindən istifadə ediblər. Daha sonra içkiyə antioksidant xüsusiyyətləri ilə tanınan selen elementi əlavə olunub.

Laboratoriya təcrübələri göstərib ki, bu içki qaraciyər hüceyrələrinin zədələnməsini azaltmağa və toksik təsirlərə qarşı müdafiəni gücləndirməyə kömək edə bilər. Tədqiqat müəlliflərinin fikrincə, fermentasiya prosesi ilə selenin birləşməsi məhsulun qoruyucu təsirini artırır.

Mütəxəssislər bildirirlər ki, nəticələr ümidverici olsa da, bu təsirin insan orqanizmində də eyni şəkildə təsdiqlənməsi üçün əlavə klinik araşdırmalara ehtiyac var. Bununla belə, alimlər qoji giləmeyvəsi əsasında hazırlanan fermentləşdirilmiş məhsulların gələcəkdə qaraciyər sağlamlığının qorunmasına dəstək verə biləcəyini vurğulayırlar.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim kondisionerlə bağlı ən geniş yayılmış mifləri təkzib edib

Aynur Camal

60 yaşdan sonra ürək və oynaqları qoruyan 3 aktivlik açıqlanıb

Aynur Camal

İstidə niyə buz kimi suya tullanmaq olmaz? – Həkimlərdən xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu