Dünya

Ukrayna kəşfiyyatı: Şimali Koreya raket bölməsini Rusiyanın qərb sərhədinə yerləşdirir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Şimali Koreyaya məxsus xüsusi raket bölməsinin Rusiyanın qərb sərhəd zonasında yerləşdirilməyə başlandığını açıqlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Reuters agentliyi Ukrayna hərbi kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Ukrayna ərazisinə zərbələr endirmək imkanına malik raket komplekslərindən gedir. Ukrayna kəşfiyyat nümayəndəsi bildirib ki, sözügedən hərbi kontingent 120-dən çox balistik raket və 6 buraxılış qurğusu ilə təchiz oluna bilər.

Qeyd olunur ki, Pxenyan və Moskva arasında hərbi əməkdaşlığın dərinləşməsi fonunda Şimali Koreya qüvvələrinin Cəbhəyanı zonaya gətirilməsi Rusiya-Ukrayna müharibəsində gərginliyin daha da artmasına səbəb olur. Kiyev müttəfiqlərini bu adımlara qarşı adekvat reaksiya verməyə və hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirməyə çağırıb.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu