26 C
Baku
27 Sentyabr 2023, 16:23
Baş xəbərHadisə

“Ukrayna üçün mümkün həll yolu öz ərazisindən imtina edib NATO-ya üzv olmaqdır”

“Ukraynanın NATO üzvlüyünə hər hansı güzəşt Avropada müharibəyə başlayan Rusiya üçün mükafat olacaq. Bu, yalnız terror və şantajın davam etməsinə təkan verəcək”.

Bugun.tv xəbər verir ki, Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina, NATO-nun baş katibinin ofisinin direktoru Stian Yenssenin “Ukrayna üçün mümkün həll yolu öz ərazisindən imtina etmək və əvəzində NATO-ya üzv olmaqdır”, – deyə bəyanatına bildirib.

Ukraynanın tərəfdaşlarının ukraynalıların Avro-Atlantik istəkləri ilə danışıqlar aparmağın qəbuledilməz olduğunu bildiyini vurğulayan Stefanişinanın sözlərinə görə, xüsusilə NATO-nun Vilnüs sammitinə dair qətnamələrin hazırlanması zamanı biz həmişə müttəfiqlərimizlə Rusiya ilə danışıqlarda ukraynalıların Avro-Atlantik məqsədləri ilə sövdələşmənin yolverilməzliyi və təhlükəsi barədə açıq və aydın danışmışıq. Partnyorlarımızın böyük əksəriyyəti Rusiyanın imperiya ambisiyalarını daha da gücləndirmək təhlükəsindən xəbərdardırlar. NATO Baş Katibliyi Ofisinin direktorunun mətbuatda səsləndirdiyi fikirlər heç bir şəkildə alyansın rəsmi mövqeyini əks etdirmir”.

Stefanişina bəyan edib ki, NATO-ya üzvlük məsələsindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etmək Kremlin maraqlarına uyğundur, lakin bu ssenari yalnız nəzəriyyədir.

 

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu