Ukrayna və Rusiya 9 Avqust gecəsi bir-birinin ərazilərinə ölümcül dron və raket hücumları etdiyini açıqlayıb. Hücumlar nəticəsində mülki obyektlərə ziyan dəyib.
Bugun.tv– xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində cənubdakı Odessa limanının infrastrukturu zərər görüb. Liman taxıl ixracı üçün mühüm əhəmiyyət daşıyır. Zelenski hücumu “ərzaq təhlükəsizliyinə zərbə” adlandırıb.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi Ukrayna dronlarının Rusiyanın cənub-qərbindəki çimərlikdə 7 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olduğunu dedi. Yaralılar arasında 3 uşaq var. Rəsmi Kiyev bu hücumla bağlı hələlik açıqlama verməyib.
Reuters-in məlumatına görə, son həftələrdə hər iki tərəf mülki infrastruktura hücumları artırıb. Odessa limanı Qara dənizdə taxıl dəhlizinin əsas hissəsidir və mütəmadi olaraq Rusiyanın hədəfində olur.
BMT və Avropa İttifaqı tərəfləri mülki əhalini hədəf almamağa çağırıb.
Mənbə: Reuters
