Dünya

Ukraynada yaşayış binasında partlayış olub, ölənlər var

Ukraynanın Lvov şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Vəziyyət Xidmətinin Lvov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Viyali Turovtsev bildirib.

Onun sözlərinə görə, öncə binanın dağıntıları altında kişi meyiti aşkarlanıb, bitişik tikilidə isə – qadının, daha sonra daha bir kişinin meyiti tapılıb. Qeyd olunub ki, qalıqlar altında insanlar qalmış ola bilər.

Olay yerində hərəkət məhdudlaşdırılıb, xilasedici xidmətlər yerlərdə fəaliyyət göstətrirlər.

Faktla bağlı araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da insanlar yeni dostlar tapmaq üçün stolüstü oyun klublarına üz tuturlar

Aynur Camal

Polşa ərazisinə düşən üç obyektin Rusiyanın X-101 raketləri olduğu müəyyənləşdirildi

Aynur Camal

Antalyada BMT-nin iqlim sammitində əsas sənəd üzrə razılıq əldə olunmadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu