Dünya

Ukraynada yaşayış binasında partlayış olub, ölənlər var

Ukraynanın Lvov şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Vəziyyət Xidmətinin Lvov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Viyali Turovtsev bildirib.

Onun sözlərinə görə, öncə binanın dağıntıları altında kişi meyiti aşkarlanıb, bitişik tikilidə isə – qadının, daha sonra daha bir kişinin meyiti tapılıb. Qeyd olunub ki, qalıqlar altında insanlar qalmış ola bilər.

Olay yerində hərəkət məhdudlaşdırılıb, xilasedici xidmətlər yerlərdə fəaliyyət göstətrirlər.

Faktla bağlı araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu