Dünya

Ulduz gəmisinin raket buraxılışı uğursuz oldu: Havada partladı

Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkəti özünün ən güclü kosmik raketi “Starship”in 9-cu uçuş sınağını başa çatdırıb. Yanacaq sızması səbəbindən yüksəklik problemi yaşayan raket buraxıldıqdan 30 dəqiqə sonra havada partlayıb.

SpaceX-in Starship raketi Türkiyə vaxtı ilə saat 02:36-da ABŞ-ın Texas ştatındakı Starbase obyektindən uğurla buraxılıb. Səyahət zamanı yük lyukunun açılmaması və daha sonra əlaqəni itirməsi nəticəsində raket “8 Starlink” peyklərini orbitə yerləşdirə bilməyib.

SpaceX-in mövzu ilə bağlı etdiyi şərhdə, “Starship sürətlə və plansız şəkildə parçalandı” ifadə edildi və növbəti uçuş sınağı üçün hazırlıqların davam edəcəyi vurğulandı və “Bu cür sınaqda müvəffəqiyyət öyrəndiklərimizdən qaynaqlanır. Bugünkü sınaq, SpaceX çoxplanlı həyat yaratmaq üçün çalışdığı üçün Starship-in etibarlılığını artırmamıza kömək edəcək” deyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da insanlar yeni dostlar tapmaq üçün stolüstü oyun klublarına üz tuturlar

Aynur Camal

Polşa ərazisinə düşən üç obyektin Rusiyanın X-101 raketləri olduğu müəyyənləşdirildi

Aynur Camal

Antalyada BMT-nin iqlim sammitində əsas sənəd üzrə razılıq əldə olunmadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu