Digər

Ursula Fon der Lyayenə qarşı etimadsızlıq votumu üzrə yeni səsvermə keçirilə bilər

Bugun.tv xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa Parlamentindəki “Sosialistlər və Demokratların Proqressiv Alyansı” son səsvermədən təxminən ay yarım sonra Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinin keçirilməsini təklif edib və təşəbbüs üçün imzatoplama kampaniyasına başlayıb. Onlar AK sədrini Qəzza məsələsində passivlikdə, ABŞ-la imzalanan qeyri-qənaətbəxş ticarət razılaşmasında və yaşıl siyasətdən imtina etməkdə günahlandırırlar. Qeyd edək ki, solçular etimadsızlıq votumunun gündəliyə salınması üçün lazım olan 26 deputatın imzasını toplasalar, oktyabr ayında məsələ ilə bağlı səsvermə keçirilə bilər.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu